ELM VƏ TƏHSİL


Xaçmaz, Siyəzən və Xızıda 2335 məzun buraxılış imtahanı verib

İyunun 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Xaçmaz, Siyəzən və Xızı rayonlarından, ümumilikdə, 2335 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb.