ELM VƏ TƏHSİL


Avropada fəaliyyət göstərən “Azerbaijani Ladies Club” elmi vebinar keçirib

AZƏRTAC xəbər verir ki, vebinarın ideya müəllifi Nigeriyada yaşayan soydaşımız Büllurə Bayramova Bernard, təşkilatçısı Niderlandda yaşayan Kəmalə Ceylinova, moderatoru isə Almaniyada yaşayan Lalə Məmmədli olublar. Görüşdə tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Əli qızı Rüstəmova-Tohidi Azərbaycanın tarixi haqqında məruzə ilə çıxış edib.