SİYASƏT


Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

İyunun 27-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuş dörd böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.