Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi tərəfindən dezinfeksiya işləri davam etdirilir

03.07.2020 [12:11]

Xəbərin mətni

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkəmizin başçısı İlham Əliyevin göstərişi əsasında kompleks səmərəli tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, nazirlik koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.