Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam rayonunun Hacıməmmədli kəndindən REPORTAJ

14.07.2020 [17:00]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, eləcə də minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub. Düşmən ötən gecə Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutub və cavab atəşi ilə susdurulub.