SİYASƏT


Ukraynalı hərbçilər Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkənin müharibə veteranları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi Ermənistan silahlı qüvvələrin Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribat barədə Ukrayna ictimaiyyətini məlumatlandırmaqdır. Görüşdə batalyon komandirləri, veteran hərbçilər polkovnik Viktor Toloçko, Ruslan Misiratov, Boqdan Mironov, Moxrıy Yevqeniy, Milli Qvardiyanın kapitanı Getman Aleksey, Ukrayna Silahlı Qüvvələrində döyüş zamanı həlak olan Tatyana Bağırovanın həyat yoldaşı İlqarə Bağırova və digər şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır