Mərkəzi Bank uçot dərəcəsini endirib
30.07.2020 [13:56]
Xəbərin mətni
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6,75 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi 7,25 faiz səviyyəsində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.