Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah 20 mindən çox şagird buraxılış imtahanı verəcək

09.09.2020 [12:25]

Sabah Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar respublikanın 15 şəhər və rayonunda - Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI