ELM VƏ TƏHSİL


Ağstafanın Muğanlı kəndində qəzalı vəziyyətdə olan məktəb binası əsaslı təmir edilib

Ağstafa rayonunun Muğanlı kəndində uzun illərdir qəzalı vəziyyətdə olan məktəb binası əsaslı təmir edilib. 624 şagird yerlik yeni məktəb binası müasir avadanlıqlarla və lazımi şəraitlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, 1982-ci ildə inşa edilən məktəb binasının qəzalı olması tədrisə də mənfi təsir göstərirdi. Şəhid Füzuli Kərimovun adını daşıyan Muğanlı kənd tam orta məktəbinin binasının Prezidentin Sərəncamı ilə ötən ildən əsaslı təmirinə başlanılmışdı. Artıq bina hazırdır və keyfiyyətli təhsilin verilməsi üçün lazımi şərait yaradılıb. Yeni məktəb binasında istilik sistemi də quraşdırılıb.