ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan - qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları ibarətdir.AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə əlaqədar keçirilən brifinqdə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.O bildirib ki, iki saat ərzində keçirilməsi nəzərdə tutulan qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdıqları sualların ümumi sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdıqları sualların isə ən azı 50 faizini təkrar etməlidir.