Müəllimlərin işə qəbulu müsabiqəsi: tarix, coğrafiya və informatika fənləri üzrə vakansiya seçiminə başlanılır
12.09.2020 [18:53]
Tarix, coğrafiya və informatika fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib.Namizədlər sentyabrın 13-ü saat 14:00-dan sentyabrın 14-ü saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.Xatırladaq ki, sentyabrın 4, 7 və 8-də keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir.