Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada müəllimləri koronavirusa yoluxan Qamqam kənd tam orta məktəbindən

22.09.2020 [17:39]

Xəbərin mətni

Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb. Hazırda dərslər distant formada davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Kollektivdən alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və 1 texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI