SİYASƏT


Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi şüurlu şəkildə bizi təxribatlara çəkir və onlar bunun acı nəticələrini görəcəklər

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, Qarabağ Ermənistandır və nöqtə. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişdim. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, Qarabağ Ermənistandır, onda hansı danışıqlardan söhbət gedə bilər?