SİYASƏT


Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu "i24 NEWS" kanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu "i24 NEWS" kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Azərbaycanın 30 ildir Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini, Ermənistanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal etdiyini, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu vurğulayıb. O, sentyabrın 27-dən başlayaraq ermənilərin azərbaycanlılara, xüsusən də təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki vətəndaşlara qarşı hücumlar etməklə növbəti təxribata başladığını deyib. Bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qaldı.