SİYASƏT


Bolqarıstan televiziyası Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü barədə məlumat verib

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”-nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır