SİYASƏT


Səfir Ukraynanın məşhur telekanalındakı çıxışında Ermənistanın təcavüzkar siyasətini pisləyib

Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Dağlıq Qarabağın Azərbaycana məxsus olması beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələrdə birmənalı olaraq təsdiqlənib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bu fikirlərini “Ukraina-24” telekanalının xəbərlər proqramında ifadə edib.