SİYASƏT


Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” telekanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib.AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməsi, terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.