Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentin köməkçisi: Ermənistanın baş naziri hər fürsətdə yalan, riyakarlıq və xalqını aldatmaqla məşğuldur

02.10.2020 [15:11]

Xəbərin mətni

Dünən Ermənistanın baş naziri öz xalqını təşvişə salacaq formada “Facebook” hesabında paylaşımlar etmişdi. Bu paylaşımlara görə, hansısa dronlar Yerevan üzərində hərəkət edirdilər.AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.