Müdafiə Nazirliyi: Ermənistan ordusuna vurulan sarsıdıcı zərbələrlə bağlı yeni videogörüntülər yayılıb
02.10.2020 [18:39]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələrinə vurduğu sarsıdıcı zərbələrlə bağlı yeni görüntüləri təqdim edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videogörüntülərdə düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin “bayrağı”nın göyə sovurulması, eləcə də Ermənistan ordusuna məxsus tanklarının məhv edilməsi əks olunub.