Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bolqarıstanın xəbər portalı Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı məlumat yayıb

03.10.2020 [11:12]

Xəbərin mətni

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın nüfuzlu “FAKTİ” xəbər portalına Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.