SİYASƏT


“Əl-Cəzirə” Ermənistan silahlı qüvvələrinin Tərtərdə mülki obyektləri atəşə tutması ilə bağlı reportaj yayımlayıb

“Əl-Cəzirə” telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportajı yayımlayıb.
AZƏRTAC xəbər verir ki, kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkiliş aparıb.
Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır