SİYASƏT


Prezident İlham Əliyev: Onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq

Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Ermənistan rəhbərliyinin təxribatları barədə söhbətini davam etdirərkən səsləndirib.