ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqədə 730 nəfər namizəd vakant yer tutub

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin 2-6 oktyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və nəticələrə əsasən, əlavə yerləşdirmədə 730 nəfər namizəd vakant yer tutub. Namizədlər 12 oktyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.