Şimal rayonlarında məktəblərin qızdırılması üçün 5 min 500 kubmetr odun ayrılıb
14.10.2020 [17:19]
Xəbərin mətni
Xaçmaz rayonunda məktəblərin qızdırılması üçün 1685 kubmetr odun ayrılıb.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda odunla qızdırılan məktəblərin 50 faizi artıq bu yanacaq növü ilə təmin edilib. Digər təhsil ocaqlarına da qısa müddətdə odun paylanacaq.