Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
22.10.2020 [16:14]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, oktyabrın 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən başlanılıb.