CƏMİYYƏT


Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edildi.