CƏMİYYƏT


Yurdumuzun hər yerində bayrağımızı dalğalandırmaq amalı ilə döyüşən şabranlı gizir

Onların amalı Vətəni yağı düşməndən azad etmək, yurdumuzun hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq idi. Gizir Mirbala Rəsulov kimi igidlər canları bahasına olsa belə bu məqsədə çatdılar. “Vətən uğrunda” medalı ilə təltif olunan şabranlı döyüşçü xoş xatirələrini və iki körpə qız övladını əmanət qoyaraq şəhidlik zirvəsinə ucaldı.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirbala Rəsulov 1989-cu ildə Şabranın Rəhimli kəndində doğulub. Əsgərlikdən qayıtdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. 10 ilə yaxındır xidmətdə olan gizir Vətən müharibəsinin ilk günündən qızğın döyüşlərə atılıb.