Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq

22.01.2021 [12:44]

Xəbərin mətni

Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq.AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.Nazir qeyd edib ki, bu müddətdə peşə təhsili müəssisələrində də tədrisə başlanılması məsələlərinə baxılacaq.
Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI