ELM VƏ TƏHSİL


Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, həmin dərslərdə sıxlıq ehtimalı var. Ona görə də tövsiyə olunur ki, bu cür dərslərin əyani tədrisi dayandırılsın.