ELM VƏ TƏHSİL


Təhsil naziri Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşüb

Yanvarın 30-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Emin Əmrullayev 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər birimizə qurur hissi yaşatdığını qeyd edib. O vurğulayıb ki, müharibədə xalq olaraq həmrəy olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas amillərdən biri və ən başlıcası qələbə sözünü tariximizə qızıl hərflərlə yazan Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasəti oldu.