ELM VƏ TƏHSİL


Kiyevin ali məktəblərində Azərbaycan dili üzrə təhsil alan ukraynalı tələbələrlə görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin ali məktəblərində Azərbaycan dili üzrə təhsil alan ukraynalı tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfirlikdə keçirilən görüşdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının Azərbaycan dili bölməsinin və Kiyev Milli Linqvistika Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan dili şöbəsinin müəllimləri, tələbələri iştirak ediblər.