Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşitmədə çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq

05.02.2021 [13:14]

Xəbərin mətni

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitmə çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunub. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI