Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gündən 5-9-cu siniflər üzrə əyani təhsilə start verilib

08.02.2021 [17:31]

Xəbərin mətni

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu gündən İsmayıllı məktəblərində də 5-9-cu siniflər üzrə əyani təhsilə start verilib. Şagirdlər arasında ən azı 1,5 metr məsafə saxlamağa imkan verən məktəblərdə tədris həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI