Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul şəxs saxlanılıb

10.02.2021 [15:50]

Xəbərin mətni

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış təədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun əlindəki bağlamaya baxış zanmanı ümumi çəkisi 1 kiloqram olan heroin və 70 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.