CƏMİYYƏT


Qaradağ rayonunda polisə müqavimət göstərərək hadisə yerindən qaçan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tabesizlik göstərərək idarə etdiyi “Vaz 2114” markalı avtomobillə oradan qaçıb.