ELM VƏ TƏHSİL


Yevlaxda uşaq bağçalarının açılışına hazırlıq işləri başa çatıb

Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Yevlax şəhəri üzrə fəaliyyət göstərən dövlət uşaq bağçaları fəaliyyətini davam etdirəcək. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.