MƏDƏNİYYƏT


Vətənə sevgisini əsərlərində əks etdirən heykəltəraş

Azərbaycanda bir çox heykəltəraş var. Onlardan biridə Məmməd Rəşidovdur. O, uşaq vaxtlarından rəssamlıqla məşğul olub. Onun ən böyük arzularından biri heykəltəraş olmaq idi. O, buna nail oldu. Məmməd Rəşidovun ərsəyə gətirdiyi əsərlərdən bir neçəsi Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlara aiddir. Məsələn Cəbrayıl rayonunun Xudafərin körpüsü, Şuşanın məhşur Xarı bülbülü və sair kimi əşyaları işıq üzü görüb. Heykəltəraş deyir ki, bir kompazisiyanı ərsəyə gətirmək üçün onu əvvəlcə kağız üzərində eskizini hazırlamaq lazımdır, daha sonra gipsdən və ya gildən istifadə etməklə, qəlib formasını hazırlamaq və sonda istərsə bürüncdən və ya hansısa bir metal materialdan hazırlamaq mümkündü. Bu gün isə o, hazırladığı kompazisiyalarını sərgilərdə nümayiş etdirir.