CƏMİYYƏT


Beş ildən sonra Lənkərana yağan qar şəhəri ağ örpəyə bürüyüb

Bu gün Lənkərana qış mövsümünün ilk qarı yağıb. Beş il sonra yağan qar rayon sakinlərinin böyük sevincinə səbəb olub. Hazırda rayon ərazisində yağmaqda davam edən qar şəhər təsərrüfatında ciddi problem yaratmayıb.AZƏRTAC xəbər verir ki, ağ örpəyə bürünən Lənkəranda gündüz yollar buz bağlamadığından və şəhər ərazisində texnikalar vasitəsilə qar mütəmadi təmizləndiyindən nəqliyyatın hərəkətində hər hansı çətinlik yoxdur.