ELM VƏ TƏHSİL


Dünyanın tanınmış şirkətində çalışan azərbaycanlı gəncin uğur hekayəsi

Hazırda Almaniyada yaşayan və çalışan İlkin Vəliyev 2011-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini iqtisadi kibernetika üzrə bitirib. Azərbaycanda bir-sıra dövlət qurumlarında çalışıb, böyük məlumatlar bazası üzrə layihələrdə iştirak edib. Təhsilini Almaniyanın Bavariya əyalətində Koburq Tətbiqi Elmlər Universitetində maliyyə idarəetməsi üzrə davam etdirib. Təhsil aldığı müddətdə bir çox tanınmış şirkətlərlə əməkdaşlıq edərək böyük təcrübə qazanıb. 2017-ci ildə isə Almaniyanın Ştuttqart şəhərində yerləşən dünyaca məşhur Daimler AG şirkətinin baş ofisinə dəvət alıb. Burada qiymətli kağızlar və xəzinədarlıq üzrə şöbədə mütəxəssis kimi çalışır, şirkətin irihəcmli layihələrində yaxından iştirak edir. İlkin Vəliyev uğur hekayəsi haqqında AZƏRTAC-a müsahibə verib.