CƏMİYYƏT


Vətən uğrunda canından keçən üç bacının tək qardaşı

Gizir Sadiq Azayev Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1992-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində doğulan Sadiq evin sonbeşiyi, həm də üç bacının tək qardaşı idi.Sadiq əsgərliyini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlayıb. Gənc gizir qısa müddətdə hərbçi yoldaşlarının rəğbətini qazanmağı bacarmışdı.