CƏMİYYƏT


Yasamal rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxslərin Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istədikləri məlum olub. Sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat məbləğində olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır