CƏMİYYƏT


Karantin qaydalarına əməl etməyən çay evlərində reydlər keçirilib

Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub.