CƏMİYYƏT


Suraxanı rayonunda dövlət mülkiyyətində olan dəmir boruları oğurlayan dəstə üzvləri yaxalanıblar

Suraxanı rayonu, 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları kəsib oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində tutulublar.