Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonun metro və qatar stansiyalarında Novruz bayramı və Qarabağla bağlı lövhələr yerləşdirilib

18.03.2021 [14:46]

Xəbərin mətni

Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar şəhərin qədim tarixə malik 50-yə yaxın metro və qatar stansiyasında üzərində “Azerbaijan-Happy Novruz”, “Azerbaijan-Land of Fire”, “I.Aliyev: Shusha, Karabakh - Cultural capital of Azerbaijan”, “Azerbaijan - Centre of Multiculturalism” yazılarının və müvafiq şəkillərin əks olunduğu lövhələrin yerləşdirilməsinə başlanılıb. Təşəbbüs Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kampaniyası üzrə gördüyü işlər çərçivəsində maddi-texniki dəstəyi ilə həyata keçirilib.