CƏMİYYƏT


İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib. AZƏRTAC xəbər verir ki, hadisə saat 18 radələrində İmişli rayonu Soltanmuradlı kəndində qeydə alınıb. Kənd sakini Əyyub Camalova məxsus bir mərtəbəli iki otaq və bir zaldan ibarət evdə anidən güclənən alov evi tam olaraq bürüyüb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.