ELM VƏ TƏHSİL


Erməni vandalizminə məruz qalan təhsil ocaqlarımız: 135 yaşlı Tuğ kənd məktəbi

Xocavənd rayonunun Tuğ kəndi qədim abidələri, gözəl təbiəti və zəngin təhsil ənənələri ilə tanınır. Ermənilər 30 ilə yaxın dövr ərzində işğal altında saxladıqları bu qədim yurd yerimizdə azərbaycanlılara məxsus evləri və qəbiristanlığı dağıtmaqla, Qafqaz Albaniyası dövrünə aid qədim abidələrdə saxtalaşdırma aparmaqla həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından olan 135 yaşlı Tuğ məktəbinin binası da erməni vandalizminə məruz qalıb.