Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzində saxlanılır

29.03.2021 [20:38]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib.Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toplantı zamanı əsas diqqət “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin şagirdlərlə işləyərkən yeni metodlardan istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI