CƏMİYYƏT
Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olan qusarlı qəhrəman
30.03.2021 [15:24]
Xəbərin mətni
Qusar rayonunun Cibir kəndindən olan Murad Kəlbiyev Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra iki medalla təltif edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində Cibir kəndi dörd şəhid verib. Qəhrəman kəndin şəhid övladlarından biri - Murad Kəlbiyev 1996-cı ildə anadan olub. Evin sonbeşiyi olan Muradın üç bacısı var.