CƏMİYYƏT


Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlayan şəxsi polis əməkdaşları saxlayıb

Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48840 manat pul oğurladığı da müəyyən edilib.