CƏMİYYƏT


Polis 23 kiloqrama yaxın narkotik aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Zamin Əliyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun zərinə baxış zamanı 46 qram heroin, 27 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Zamin Əliyevin yaşadığı evdən əlavə 8 kiloqram heroin, 2 kiloqram 440 qram metamfetamin, 2 kiloqram 200 qram marixuana, 2 kiloqram 603 qram tiryək və 2300 ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.